!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“A-dan Z-yə “Dumanlı Albion” - Aqil Ələsgərin London qeydləri… - FOTO / VİDEO

!Reklam – Yazi

London… Sadəcə adı belə nəhəng, iki min illik tarix qoxan bir şəhər. Üzərində günəş batmayan imperatorluğun paytaxtı…

Hərçənd bu böyük şəhərlə qarşılaşmağım oxumaqla arası olmayan millətimin bir zərif nümayəndəsinin sayəsində tam istədiyim kimi olmadı. Oxşardı deyə mənim çantamı götürüb gedən xanım İbrahimovanın ucbatından mənlə bərabər heyət də aeroportda gözləməli oldu. Ancaq dostların gözmuncuğu adlandırdığı məqam “Azərlotereya” və “Azal”ın London şöbəsinin operativ reaksiyası ilə arxada qaldı.

Və biz Londondayıq. Romalıların Temza çayı üzərində qurduğu və dünyanın paytaxtı olma iddiasından heç vaxt əl çəkməyən şəhərdə…

Beləliklə, London küçələri bizi qarşılayır. Bizdən xəbərsiz. Bizim varlığımızdan narahat olmadan. Bələdçimiz Emin bəy bizi hər nə qədər avtobusda gəzdirərək daha çox London göstərmək istəsə də, biz Londonu ayaqlarımızla hiss etmək istəyirik və…

Və biz artıq məşhur Trafalqar meydanındayıq. O meydanda ki, Vestminsterdə yerləşir və arxasında Milli Sənət Muzeyi dayanır. Dünyanın ən kiçik polis postu da tam küncündədir. İlk adı Dördüncü Vilyam olan meydan fransız və ispanlar üzərində qazanılan tarixi Trafalqar savaşının şərəfinə dəyişdirilib.

Trafalqar meydanının tam ortasındakı abidə isə Nelson Abidəsidir. Nelson Trafalqar savaşında qəhrəmancasına döyüşərək ölən, ancaq zəfərdə ən böyük payı olan admiral olmaqla yanaşı, Osmanlı dövlətinin xahişi ilə Napaleon Fransasının donanmasını Misirdə darmadağın edən və “Osmanlı” ordeni ilə təltif olunan ilk əcnəbi hərbçidir.

Deyəcəksiniz ki, burada da türk izi tapdın. Neyləyim? Dəvət edən Zəfər bəy, bələdçimiz Emin bəy kimi Anadolu türkləri olduqdan sonra bu kimi bilgilərə sahib olmamaq günahdır.

Trafalqar meydanından Nazirlər Kabinetinə, oradan “Big Ben”ə irəliləyirik. Küçə ortasında mahnı çalıb həm Breksitə qarşı çıxış edən, həm də Ukraynada yaşananlara diqqət çəkənləri görürük.

“Big Ben” demişkən, İngiltərənin fəxri və rəmzi sayılan bu saat xalq arasında “Britaniyanın səsi” adlandırılır. Vestminster sarayının bir hissəsini təşkil edən saat da Londondakı bir çox möhtəşəm əsər kimi kraliça I Viktoriyanın dövrünün mirasıdır. 2012-ci ildən rəsmi olaraq Yelizaveta qülləsi adlandırılsa da, sadə ingilis üçün adı “Big Ben”dir ki, “Big Ben”dir.

Londonla bağlı saatlarca yazıb danışmaq olar. Ancaq qısaca əxz edim ki, beş hava limanına sahib, əhalisi olduqca rəngbərəng olan, Temza sahillərində köhnə ilə yenini birləşdirən, pabda bir-biriləri ilə bağıraraq danışan, ancaq küçədə üzlərindən təbəssümü əksik etməyən vətəndaşlara sahib bir şəhərdir.

“Yağışlı Albion” da adlanan bu şəhərdə yağmura harda və necə yaxalanacağın bəlli deyil. Səfərin təşkilatçısı olan “Azərlotoreya” bu səbəbdən səfər çantalarımıza çətir qoymağı unutmamışdı. Ancaq o çətirləri oteldə unudanlar yağışa Vaterlu körpüsü önündə yaxalandılar.

Bakinqem sarayı da həmin Viktoriyanın dönəmində kral sarayı elan edilib. Elə məşhur Şeyx Səfi və ya Ərdəbil xalçası adlandırılan Təbriz xalısının, şah Təhmasibin qılıncı və digər əşyalarının saxlanıldığı, ingilis müstəmləkəçiliyinin möhürü sayılan Albert və Viktoriya Muzeyi də bu xanımın dönəmində tikilib.

Hə, onu da deyim ki, kraliça Viktoriya sadəcə güclü rəhbər olmayıb, jəm də qısqanc bir həyat yoldaşı olub. O qədər qısqanc olub ki, Albertin gül dərib bir xanıma verdiyini gördüyü üçün qosqoca parkdakı bütün çiçəkləri çıxartdırıb və bu gün də məşhur “Green Park”da gül bitmir.

İlk ingilis mediası ilə ağır cəza məhkəməsinin eyni küçədə yerləşməsini, ilk metronun burada olduğunu öyrənmək də, ölkəsində çay bitmədiyi halda, ingilis çayının niyə məşhur olmasının səbəbi də özü özlüyündə ayrı London xatirələridir.

Londondan istiqamətimiz isə Lids və Yorka doğruydu. Lidsdə bizi dünyanın ən böyük lotereya istehsalçısı olan “Scientific Games” şirkəti ilə tanışlıq gözləyirdi. O şirkət ki, 6 qitədə fəaliyyət göstərir, 50-dən çox ölkədə 130 lotereya təşkilatı üçün biletlərin tərtibi, dizaynı və çapını həyata keçirir. O cümlədən bizim səfərin təşkilatçısı olan “Azərlotoreya” da öz fəaliyyətində bu şirkətlə əməkdaşlıq edir.

Belə ki, Azərlotereya”nın “Poz-Qazan” biletləri “Scientific Games”in Böyük Britaniyanın Lids şəhərindəki fabrikində dizayn və çap edilir. Eləcə də “Misli.az” saytında virtual məkanda oynanılan ani oyunlar, həmçinin idman mərc oyunları da “Scientific Games” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bütün bunlar və ən əsası, Lids və York müşahidələrim ikinci reportajımda. Hələlik…

 

www.yenicag.az

12453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv