Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.