AB-dən enerjiyə qənaətlə bağlı yeni QƏRAR – Həftədən üç gün işıq, istilik olmayacaq

Avropa Birliyi enerjiyə qənaətlə bağlı yeni qərar qəbul edib.

Yenicag.az “Milliyet”ə istinadən bildirir ki, Avropa Birliyinin (AP) üç əsas qurumundan biri olan Avropa Parlamenti enerji böhranı ilə əlaqədar bəzi qərarlar qəbul edib.

Qərara əsasən, AP binalarında istilik həftənin üç günü kəsiləcək.

AP üzvlərinə və işçilərə daxili bəyannamə ilə çatdırılan qaydalara əsasən, həftə sonları və cümə günü istilik tamamilə kəsiləcək. Təhlükəsizlik məqsədləri istisna olmaqla, binaların işıqlandırması söndürüləcək.

Bildirilir ki, bu qərarla iki milyon avro qənaət gözlənilir.

Gülşən