AB-dən Rusiya şirkətlərinə sanksiya – Səbəb

Avropa Birliyi Rusiyanın altı şirkətinə sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı AB-nin rəsmi saytı yayıb.

Sanksiya Krım körpüsünün tikintisində iştirak edən şirkətlərə aid edilib. Bu şirkətlər “Mostorest”, “Stroyqazmontaj”, “Hiprostroymost İnstitutu – Sankt-Peterburq”, “Zaliv” gəmiqayırma zavodu, rusiyalı milyarder Arkadi Rotenberqə məxsus olan “Stroyqazmontaj – Körpü” və VAD-dır.