AB-nin Ermənistanda yerləşən “mülki missiyası”nın müşahidəçiləri Zəngəzur rayonunun Nerkin Hand kəndində patrul xidməti həyata keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə missiyasının X səhifəsində paylaşım edilib.
“Bir gün əvvəl EUMA Ermənistan-Azərbaycan sərhədində humanitar və təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistanın cənubunda yerləşən Nerkin Handa uğurlu patrul həyata keçirib. Missiyanın rəhbəri və EUMA komandası icmanın rəhbəri Xaçatur Baqdasaryanla görüşdü və o, bizi kənddə səmimiyyətlə qarşıladı”, – paylaşımda bildirilib./axar.az