AB Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Macarıstanın ilin sonunda AB Şurasının sədri postunu tərk etməsindən və Polşanın bu vəzifəni üzərinə götürməsindən sonra Birlik Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti məlumat yayıb.

“Varşava artıq bəyan edib ki, AB-dəki altı aylıq rəhbərliyindən qitəyə daxil olan Rusiya yanacağına nəzarəti gücləndirmək üçün istifadə etmək istəyir. Diplomatlar bildirirlər ki, Orban ölkəsinin sədrliyindən sanksiya danışıqlarını effektiv şəkildə dayandırmaq üçün istifadə edib. İndi üzv dövlətlər kəskin məsələləri yenidən gündəmə gətirmək üçün Polşaya ümid edir””, – məlumatda deyilir./axar.az

COP29