Abas Quliyevə yüksək vəzifə verildi

Abas Quliyev Müdafiə Sənayesi Nazirliyinə məxsus Bakı Cihazqayırma Zavodu MMC-yə direktor təyin edilib.

Yenicag.az xəbər verir ki, o, zavodun rəhbərliyində Rasim Tahirovu əvəz edib.

Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.

COP29