Fələstin Prezidenti Mahmud Abbas İsrailin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Yenicag.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
“Prezident Mahmud Abbas Fələstinin BMT-dəki xüsusi nümayəndəsinə İsrailin Qəzzadakı hərəkətlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etməyi tapşırıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, Abbas İsrail təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasını çağırmaq üçün müvafiq ərəb və beynəlxalq tərəflərlə əlaqə saxlayır.