“Görə bilməyəcəyiniz işi zay etməyin ki, sizdən sonra gələn nəsil düzgün formalaşsın”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Abbas Bağırov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Sənətçi ad çəkmədən şou-biznesdəki bəzi həmkarlarının “bostanını” daşlayıb:
“Görə bilməyəcəyiniz işi zay etməyin ki, sizdən sonra gələn nəsil düzgün formalaşsın. Sizə baxıb sizdən ibrət alsın. Faydalı nəticə boş-boşuna uğurlu olmur.
Məşğul olduğun işdə məsuliyyət, əziyyət, diqqət, hörmət və sevgi yoxdursa, heç bir iş faydalı olmayacaq”.
Sənətçinin yazdığı rəydən çox görünüşü diqqət çəkib. Tez-tez gah arıqlayan, gah da kilo alan Abbasın yeni görünüşü izləyicilərin müzakirəsinə səbəb olub:
“Gah kökəlir, gah arıqlayır. Gah eybəcərləşir, gah da gözəlləşir. Tanıdığımdan bəri bu, dördüncü evrimdir”.
Nehru