“Zirə” yarımmüdafiəçisi Rəşad Sadiqovu komandadan kənarlaşdırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə bakılıların baş məşqçisi Ayxan Abbasov qərar verib.
Gənc çalışdırıcının belə qərar qəbul etməsinə isə, təcrübəli futbolçunun intizamsızlığı səbəb olub. Saytımıza açıqlama verən Ayxan Abbasov məsələyə belə aydınlıq gətirib:
“Klubun daxili intizam qaydaları var. Bu, hər kəsə aiddir. İntizam məsələsinə görə, Rəşadın özü ilə də söhbət etdim. Belə qərara gəldik ki, yollarımızı ayıraq. Bu, mənimlə Rəşadın arasında olan söhbət idi. Yəqin ki, özü də bunu hiss etdi. Biz peşəkar futbol klubuyuqsa, qərarı da normal qəbul etməliyik. Nə inciklik ola bilər ki? Qərar olmalıydı, özü də bunu başa düşdü. Başa saldım ki, gələcəkdə onunla birlikdə işləməyimiz mümkün deyil. Buna görə də yollarımızı birdəfəlik ayırdıq”.
Emin
Yenicag.az