Abdulla Gül oğlu üçün elçi getdi

65602Türkiyənin sabiq prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gül nişanlanıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Gül ailəsi bursalı iş adamı Abdullah Karadere ilə quda olub.

Abdullahın Karaderenin qızı Zəhra Ayşe Qara Hacettepe Universitetinin Tibb Fakültəsinin son kursunda oxuyur.

Türkiyə mətbuatı yazır ki, Abdullah Gül və həyat yoldaşı Hayrünnisa Gül şənbə günü səssiz sədasız Bursaya gedərək Abdullah Karaderenin evinə elçiliyə gedib. Nişan mərasimində üzükləri şəxsən sabiq prezident özü gənclərin barmaqlarına taxıb.

Nişan mərasimi iki ailə arasında reallaşıb. Gülün gəlişindən Bursanın səlahiyyətlilərin belə xəbəri olmayıb.