Abdulla Gülün keçmiş mühafizəçisi də şəhid olub

gulBu gün Türkiyənin İğdır vilayətində baş verən terror aktında həlak olan polislərdən biri Abdulla Gülün prezidentliyi dövründə onun mühafizə xidmətində çalışıb.

Şəhid polis məmuru Fəhmi Şahin A. Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra F. Şahin İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib.

Qeyd edək ki, bu gün səhər polisləri Dilucu gömrük-keçid məntəqəsinə aparan mikroavtobus PKK terrorçuları tərəfindən partladılıb. Nəticədə 13 polis əməkdaşı şəhid olub.