Abdulla Öcalanın ölüm xəbəri yayıldı

pkk lideri oldumnuPKK lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK liderinin ölümü ilə bağlı məlumatı Milliyətçi Hərakat Partiyasının (MHP) üzvü, Ankaradan seçilən millət vəkili Şəfqət Çətin Tvitter hesabında yazıb.

Parlament üzvü iddia edib ki, Abdulla Özalanın ölümü ictimaiyyətdən gizlədilir.

Millət vəkilinin sensasion iddiasına Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ cavab verib. Nazir Abdulla Öcalanın ölmədiyini, bu barədə yayılan xəbərin yalan olduğunu qeyd edib.

Bəkir Bozdağ hesab edir ki, PKK liderinin ölüm xəbərinin yayılması Türkiyəyə qarşı təxribatdır.