Abdullah Ərən Xocalıdan yazdı – Azərbaycan dilində

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Twitter” hesabından paylaşım edib.

Yenicag.az xəbər verir ki, Abdullah Ərən sosial media hesabından Xocalı Soyqırımına aid görüntülərdən ibarət video paylaşıb.

Ərən videonun üzərinə azərbaycanca, “Xocalı məsələsi sadəcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının, haqq və hüquqdan yana olan hərkəsin məsələsidir” ifadələrini qeyd edib.