Abdullah Ərəndən azərbaycanlı tələbə ilə bağlı paylaşım: “Perspektivli mühəndis namizədi…” – FOTO

Xaricdəki türklərin və qohum toplumların (YTB) başqanı Abdullah Ərən Türkiyədə təhsil alan azərbaycanlı tələbə haqqında paylaşım edib.

Yenicag.az xəbər verir ki, Dünya Mühəndislər Günü ilə bağlı paylaşım edən Abdullah Ərən Türkiyədə təhsil alan azərbaycanlı tələbə Çingiz Verdiyevin şəklini paylaşaraq, onun uğurlu gələcəyi olduğuna inandığını vurğulayıb.

“Bu gün Dünya Mühəndislər Günüdür. Perspektivli mühəndis namizədi ilə tanış olun: Çingiz Verdiyev.. Can Azərbaycandan.
Ölkəmizdə kompüter mühəndisliyi oxuyur. “Teknofest-2019″un çempion komandalarından birinin də üzvüdür.

Milli Texnologiya Həmləsi ilə hər zaman irəli, daha irəli, İnşallah”,- deyə Abdullah Ərən qeyd edib.