İranın XİN rəhbəri İrəvanda Mirzoyanla görüşdü – YENİLƏNDİ

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd olunur ki, görüş İran XİN başçının İrəvana səfəri çərçivəsində baş tutub.

***

13:26

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistana işgüzar səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır./unikal