Abid Şərifov təcili İsrailə aparıldı

Azərbaycan baş nazirinin müavini Abid Şərifov İsrailin Hayfa şəhərində xəstəxanalardan birinə yerləşdirilib.

“Qafqazinfo” İsrail KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı məmurun ürəyində problemləri olub.

İsrail KİV-nin yazdığına görə, 77 yaşlı siyasətçinin səhhəti ötən həftə pisləşib və Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin yerli mütəxəssislər həyati təhlükəsini nəzərə alaraq onun İsrail kardioloqlarına göstərilməsini məsləhət görüblər.

Abid Şərifov xüsusi reyslə Hayfa şəhərinə çatdırılıb.

Yeniçağ.az