Abırlı olmaqla qabağa getmək olarmı? – Əməkdar artistdən REAKSİYA

“Elə müqtədir sənətkarlarımız olub ki, heç fəxri adları da olmayıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri əsl sənətkarlarla bağlı fikirlərini bölüşən Əməkdar artist Sahib İbrahimov “Gül kimi şou”da deyib.

Sənətçi aparıcının “abır-həyalı olmaqla, müğənni qabağa gedə bilərmi” sualını da cavablandırıb.

“Yaxşı sənətkar olmaq heç bir titulla ölçülmür. Bu Xalq artistidir, Əməkdar artistdir, yaxşı sənətkardır, sevilir, demək doğru deyil. Çünki heç də belə deyil.

Verilən titullar çox gözəldir. Bir əsgər general olmaq arzusunda deyilsə, demək o əsgər əsgər deyil. Əlbəttə ki titul sənət adamının zəhmətinə, əməyinə verilən qiymətdir. Elə müqtədir sənətkarlarımız olub ki, heç fəxri adları da olmayıb. Amma sənətləri ilə adları tarixə yazılıb.

Qaldı ki, abır-həya ilə qabağa getmək mümkündürmü sualının cavabına, bəli, mümkündür. Elə sənətkarlar çoxdur. Həzrəti Əli buyurub ki, insanlar abır-həyanın qiymətini bilsələr, Allahdan ruzi-bərəkət əvəzinə abır-həya istəyərdilər. Abır-həya gözəl şeydir. Eldə-obada söz düşəndə də deyirlər, filankəs abırlı insandır, abırlı sənətkardır”.

Nehru

COP29