Abituriyent və valideynlər testdən keçiriləcək? – AÇIQLAMA

“İmtahanlarda iştirak edəcək şəxslər testdən keçirilməyəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı qeyd edib.

Yaqut Qarayeva bildirib ki, abituriyent və valideynlərinin test olunması nəzərdə tutulmayıb:

“İmtahanlarda iştirak edəcək şəxslərin testdən keçirilməsi tələbi yoxdur. Xəstəlik əlamətləri olan şəxslər, tibb işçiləri, xaricdən gələnlər, koronaviruslu xəstələrlə təmasda olanlar test olunur. İmtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidirlər. Tövsiyə olunur ki, abituriyentlər əsas fikirlərini imtahana hazırlaşmağa yönəltsinlər”.

Gülşən Şərif