Abituriyentlərə hərbi xidmətdən güzəşt veriləcək?

“Abituriyentlərə hərbi xidmətdən güzəşt verilməsi bizə aid deyil, qanunla tənzimlənir”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin(DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı qeyd edib.

Məleykə Abbaszadəyə görə, abituriyentlərə güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM bu qərara uyğun addım adır:

“Bu il üçün hər hansı güzəştin olması nəzərdə tutulmur. Eyni zamanda müsabiqədə iştirak üçün şərtlər Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində isə aşağı olacaq”.

Gülşən Şərif