Abituriyentlərə şad xəbər: Dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırıldı

2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Belə ki, 2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək. Bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-da xüsusi çəkisi 3,8 faiz olacaq ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 0,9 faiz-bənd çoxdur.

Təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının va tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart ayının 1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla), 46,3 milyon manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının saxlanması ilə bağlı xərclərə, 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə, 18,3 milyon manatı ümumtəhsil məktəbləri üzrə şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə, 8,0 milyon manatı “Birgə Azərbaycan-Fransız Universiteti UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə, 3,5 milyon manatı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,6 milyon manatı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə bağlı xərclərə, 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə, 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırıması və ona xidmətlə bağlı xərclərə, 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclərə, 1,0 milyon manatı xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclərə, 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə, 0,9 milyon manatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə, 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması nəzərdə tutulub.

2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, həmçinin İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və onun tərkibində Tədris-SimuIyasiya Mərkəzinin yaradılmasının maliyyə təminatı üçün 45,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 7,9 milyon manat və ya 20,8 faiz çoxdur.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 3,3 milyon manat və ya 14,7 faiz çoxdur.

COP29