!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin diqqətinə: Ərizə qəbulu başa çatdı

!Reklam – Yazi

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə – yay imtahanına) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 58 194 nəfər abituriyent (53 461 nəfər Azərbaycan bölməsi, 4733 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı isə 56 538 nəfərdir.

Elektron ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Ərizələrin qəbulu mayın 17-dən iyunun 20-dək internet vasitəsilə aparılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər.

İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

www.yenicag.az

1811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv