!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin intiharının səbəbi nədir? - Psixoloq həyəcan təbili çaldı

!Reklam – Yazi

“Gənclərin hər hansı bir uğursuzluqdan sonra intihara əl atmaması, bu kimi neqativ halların baş verməməsi, həyatdakı çətinliklərə dözmələri üçün valideynlər uşaqlıqdan övladlarına mətin, əzmkar olmağı öyrətməli, problemləri həll edəcək, onlara tab gətirə biləcək xüsusi bilgi və vərdişləri aşılamağı bacarmalıdırlar”

Bu sözləri Yenicag.az-a açıqlamasında qəbul imtahanlarından az bal toplayan bəzi gənclərimizin intihar etməsinin qarşısını almaq üçün hansı qabaqlayıcı addımların atılması vacibliyini göstərərkən psixoloq-valeoloq İbrahim Əsədli deyib:

“İnsanın intihar etməsi onun şərait və vəziyyətdən çıxış yolu tapmamasından qaynaqlanır. Bu halların baş verməməsi, həyatdakı çətinliklərə dözmək üçün isə valideynlər uşaqlıqdan övladlarına mətin, əzmkar, problemləri həll edəcək, onlara tab gətirə biləcək xüsusi bilgi və vərdişləri aşılamağı bacarmalıdırlar. Belə olan halda, insan hər hansı bir problemə rast gəldikdə, acizlik və çarəsizlikdən intihara getməyəcək. İmtahanlar da həyatda olan sınaqlardır. Elə insanlar var ki, bu sınaqlardan keçə, müəyyən çətinliklərə dözə bilmir. Digərləri isə əzmkar olduqlarından yıxılsalar da, yenidən qalxa bilirlər. Bu da bir təbii seçimdir. Zəif insanlar sıradan çıxır, emosional baxımdan güclü, adaptasiya oluna bilən insanlar isə daha yaxşı yaşaya bilir. Bu da sırf cəngəlliklər qanunudur. Cəngəllik qanunlarının olduğu yerdə isə insaniyyət deyilən məfhum arxa plana keçir. Humanist cəmiyyətlərdə intiharların qarşısı əsasən alınır. İsveçrədə müxtəlif cəmiyyətlər, hökumət insanların qayğısına qalır, onlara hər cür şərait yaradır. Belə ölkələrdə psixoloji reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda isə intihar hallarının azalması gözlənilmir. Ona görə də valideynlər uşaqlarını əzmkar, mübariz ruhda formalaşdırmağı bacarmalıdırlar”.

Qeyd edək ki, keçirilən son qəbul imtahanında az bal toplayan Suraxanı rayon Yeni Günəşli sakini Şəbnəm Rzayeva 9-cu mərtəbədən özünü ataraq intihar edib.

Xatırladaq ki, may ayında olan ilk qəbul imtahanından sonra da anoloji hadisə baş vermişdi. Həmin dövrdə iki gənc imtahandan az bal topladığından valideyn qınağına tuş gəlmiş və nəticədə çıxış yolunu özlərinə qəsd etməkdə görmüşlər.

ELÇİN

www.yenicag.az

2191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv