Abituriyentlərin ixtisas seçimində valideynlərin etdiyi SƏHVLƏR: “Övladlarınızı buna məcbur etməyin” – TÖVSİYƏLƏR
Bildiyimiz kimi, hazırda abituriyentlərin qəbul imtahanlarını verib, ali təhsil müəssisələrinə hazırlaşdığı dönəmdir. Abituriyentlər həssas dönəmdən keçirlər. Lakin bu dövrdə bəzən valideynlər səhvlərə də yol verə bilirlər. Belə ki, ixtisas seçimində övladlarının sevdiyi peşəni deyil, onları hansı peşədə görmək istəyirlərsə, həmin yerə yönəltməyə çalışırlar. Bu da gələcəkdə onların sevmədiyi peşədə çalışmaqlarına səbəb olur. Bəs ixtisas peşə, seçimində valideynlərin övladlarını yönəltməsi düzgündürmü?
Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, valideynlər heç bir halda övladlarını sevmədiyi ixtisası oxumağa məcbur etməməlidirlər:
“Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra hallarda biz valideynlərin ixtisas seçimlərinı müdaxilə etdiklərini görürük. Valideyn vaxtilə müəllim, həkim ola bilməyib. Lakin valideyn istəyir ki, özünün seçə bilmədiyi ixtisası, yiyələnməyi bacarmadığı ixtisası övladı yiyələnsin və övladının uğur qazanmasını istəyir. Düşünürəm ki, bu kimi məsələlərdə diqqətli olmaq lazımdır”.
Deputat qeyd edib ki, valideynlər heç bir halda övladlarının istəmədiyi peşəni seçməyə məcbur etməməlidirlər:
“Onlar uşaqlarının sevdiyi ixtisası seçməyimə şərait yaratmalıdır. Bir sıra hallarda bu kimi addımlar yeniyetmələrin tərbiyəsi və düşüncəsinə təsir edir. Bu addım hətta yeniyetmənin intihar etməsinə də səbəb ola bilər. Bu reallıq valideynlər tərəfindən mütləq diqqətə alınmalıdır. Uşaqların başqa səhəyə həvəsi ola bilər. Ona görə də burara məcburetmə qəbuledilməzdir. Həm də heç də hər kəsin ali təhsil almasına da ehtiyac yoxdur. Bu da məcburi sürətdə olmamalıdır.
Valideynlər bu məsələlərə həssaslıqla yanaşmalıdırlar. Əks halda, bu, müəyyən problem və çətinliklərə də səbəb ola bilər.
Bizim əsas hədəf və məqsədimiz balalarımızın sağlam düşüncədə böyüməsi və bu isti qamətdə şəraitin yaradılmasıdır. Bu istiqamətdə səy göstərməli və çalışmalıyıq”.
İsmayıl Bakuvi