Tasmaniya yerlilərinin 41 min il əvvəl oddan hansı məqsəd üçün istifadə etdikləri üzə çıxarılıb.
Yenicag.az xəbər verir ki, bunnla bağlı “Science Advances” elmi jurnalında məqalə dərc olunub.
Böyük Britaniya və avstraliyalı alimlərin birgə apardığı tədiqatla Tasmaniyadakı aborigenlərin oddan istifadə məqsədləri aydınlaşdırılıb.
Belə ki, yerlilərin əraziləri şəkilləndirmək üçün oddan istifadə etdikləri məlum olub.
Onlar meşəlik əraziləri yandıraraq özlərinə yaşamaq üçün düz sahələr yaradıblar. Bu da sözügedən tarixdə həmin ərazilərdə kömür artışlarına səbəb olub ki, araşdırma məhz həmin kömür qalıntıları sayəsində irəliləyə bilib.