Rusiyalı milyarder Roman Abramoviç daha bir klub almaq istəyir.
Yenicag.az xəbər verir ki, “Çelsi”nin sahibi bu dəfə Türkiyənin “Karşıyaka” klubuna göz dikib.
Xarici KİV-lərin yaydığı məlumata görə, İzmir təmsilçisində yaranan maliyyə böhranından istifadə edən Abramoviç, klubun səhmlərini əldə etmək niyyətindədir.
Qeyd edək ki, “Karşıyaka” Türkiyənin II liqasında mübarizə aparır.