Rusiyalı milyarder Roman Abromoviç “Çelsi” futbol klubunu sata bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.
İddiaya görə, Abromoviç klubu satmaq üçün Britaniyanın ən zəngin iş adamı olan Cim Ratklifflə anlaşıb. Satış baş tutacağı halda 65 yaşlı Ratkliff Abramoviçə 2 milyard funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinq qarşılığında alıb.
Onu da qeyd edək ki, “Çelsi”nin yeni “elçi”si olan Ratkliff sərvətini kimya sektorundan qazanır. Onun şəxsi büdcəsi 21 milyard funt-sterlinqdir. Digər maraqlı məqam ondan ibarətdir ki, britaniyalı iş adamı “Mançester Yunayted” azarkeşidir.
Emin