“ABŞ-a görə İranla münasibətləri pozmaq niyyətimiz yoxdur” – Ərdoğan – Yenicag.Az

Reklam

Reklam

“Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: “İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə proqramı üzrə sazişdən çıxdığını, əvvəl tətbiq olunan bütün sanksiyaların bərpa edildiyini elan edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6661
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."