FETÖ terror təşkilatı ilə əlaqələri üzə çıxdıqdan sonra ABŞ-a qaçan Hakan Şükür sözügedən ölkədə restoran açıb.
Yenicag.az xəbər verir ki, sabiq millət vəkili Kaliforniya ştatında açdığı restoranda çalışarkən görüntülənib.
Türkiyə millisinin sabiq üzvünün bu halı “Qalatasaray” azarkeşləri tərəfindən müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Hakan Şükür barədə Türkiyə dövləti həbs qərarı çıxarıb.