ABŞ-a şok: Daha bir ölkə Rusiyadan S-400 alacaq

İraqın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Aydar Mansu Hadi ABŞ-ı qəzəbləndirəcək bəyanatla çıxış edib.

Yenicag.az xəbər verir ki, o, açıqlamasında İraq hökumətinin Rusiyadan S-400 havadan müdafiə raket kompleksi alacağı barədə yekun qərara gəldiyini açıqlayıb. Səfir bu barədə qısa müddətdə konkret addımlar atılacağını və Rusiya hökumətiylə də razılaşdıqlarını bildirib.

Bundan əlavə, Hadi Rusiya şirkətlərinin İraqa yatırım etmələrinin də onlar üçün müsbət hal ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Rusiyadan S-400 alması ABŞ-ın kəskin etirazına səbəb olmuşdu.