ABŞ AÇIQLADI: Vaşinqton bu riski məhdudlaşdırmağa çalışır

ABŞ Kiyevə Rusiyadakı hədəfləri vurmaq üçün Amerikanın HIMARS sisteminin qısa mənzilli raketlərindən istifadə etməyə icazə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzet yazır ki, eyni zamanda, Vaşinqton hələ də Ukraynadan kənarda uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə vermir.

Məlumata görə, Bayden Ukraynaya yardım etməyə və eyni zamanda, münaqişənin Vaşinqtonla Moskva arasında birbaşa toqquşmaya çevrilməsi riskini məhdudlaşdırmağa çalışır.

Rafi Müslümov

COP29