“ABŞ alimlərimizi tələyə salıb həbs edir” – İranlı nazir

İranın elmi araşdırmalar və texnologiya naziri Mənsur Qulami ABŞ-ı ittiham edən sərt açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, elmi araşdırma məqsədiylə iranlı alimlərə viza verən ABŞ-ın ölkəyə daxil olan kimi həmin alimləri həbs etdiyini bildirib.

Nazirin sözlərinə görə, son 8 ayda bir çox iranlı alim eyni şəkildə ABŞ tərəfindən tələyə salınaraq qanunsuz ittihamlarla həbs olunub.