!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Avropa ilə İran məsələsində razılaşmadı

!Reklam – Yazi

ABŞ hökuməti Avropa İttifaqının İrana 20,7 milyon dollar yardım etmək barədə qərarını tənqid edərək, bunu “Yalnış zamanda yanlış qərar” adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk məlumat verib.

Rəsmi Vaşinqton Brüsseli dünyanın qlobal sabitliyinə qarşı İran təhdidini dayandırmağa kömək etməyə çağırıb.

“Avropadan xarici yardımlar rejimin xalqın ehtiyaclarına laqeyd yanaşma qabiliyyətini qüvvədə saxlayır və siyasi dəyişiklikləri ciddi şəkildə pozur”, – deyə Huk bildirib.

“İran xalqı hökumət tərəfindən korrupsiya, pis idarəçilik, terrorizmə və xarici münaqişələrə investisiyalar kimi real iqtisadi təzyiqlərlə qarşılaşır. ABŞ və Avropa İttifaqı birlikdə İran xalqını dəstəkləyən və rejimin regional və qlobal sabitliyə olan təhdidlərini sona çatdıran uzunmüddətli həll yolunu tapmaq üçün birgə çalışmalıdır” – deyə Huk sözlərinə əlavə edib.

“Ayətullahların əlində daha çox pul olması, Avropa ölkələrində sui-qəsdlər etmək üçün daha çox pul deməkdir”, – deyə Huk sərt şəkildə bu addımı pisləyib.

Qeyd edək ki, İran 2015-ci ildə ABŞ sanksiyaları davam etdirəcəyi təqdirdə əldə olunan nüvə razılaşmasını ləğv edəcəyini və yenidən nüvə potensialını zənginləşdirəcəyini bildirmişdi.

Avropa Birliyinin İrana 18 milyon avro (20,7 milyon dollar) məbləğində olan yardımları Tehranın nüvə ambisiyalarını məhdudlaşdıran müqaviləni qüvvədə saxlamaq məqsədiylə nəzərdə tutulub və ABŞ sanksiyalarının təsirini azaltmağı hədəfləyir.

Bu məbləğ Aİ-nin İranı sanksiyalardan qorumaq üçün ayırdığı 50 milyon avroluq büdcəsinin bir hissəsidir.

www.yenicag.az

2240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv