Pentaqon oktyabrda ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı “Ramştayn” aviabazasına rekord sayda silah-sursat göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya aviabazasının saytında məlumat verilib.
Məlumata əsasən, bu ABŞ-ın 1999-cu ildən bəri Avropaya ən böyük silah-sursat tədarüküdür. O zaman ABŞ HHQ keçmiş Yuqoslaviyaya 900-dən çox hava reydi etmişdi.
Məlumatda həmçinin qeyd edilib ki, tədarük edilən silah-sursat beynəlxalq təhlükəsizliyə təhdid verən qüvvələrə qarşı operativ cavab verilməsi üçün zəruridir.