ABŞ yaxın illərdə öz astronavtlarını Aya göndərməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Alabama ştatında çıxışı zamanı deyib.
“Administrasiyamızın təsdiq olunmuş siyasətinə əsasən, Birləşmiş Ştatlar növbəti beş il ərzində öz astronavtlarını yenidən Aya göndərəcək. ABŞ ərazisindən start götürəcək kosmik gəmi ilə Yerin təbii peykinə enəcək ilk qadın və növbəti kişi astronavtlar amerikalılar olacaq”, – deyə Pens bildirib.
2017-ci ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp 1972-ci ildə “Apollo 17” kosmik gəmisinin Aya uçuşundan sonra dayandırılmış idarəolunan ekspedisiyaların bərpası planları barədə bəyanat vermişdi.
Xatırladaq ki, amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin 1969-cu il iyulun 20-də “Apollo 11” kosmik gəmisi vasitəsilə ilk dəfə Ayın səthinə enmişlər./AZƏRTAC/