!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın hərbi arsenalında ABŞ RAKETLƏRİ? – “Ordumuzda NATO standartları tətbiq edilirsə…” - ŞƏRH

!Reklam – Yazi

“Embarqonun tətbiq edilmə səbəbi aradan qalxdığı üçün ABŞ-ın Azərbaycana silah satması mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Azərbaycanın Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalı olan hərbi avadanlıqlara çıxış əldə etmək istəməsilə bağlı söylədiyi fikirlərə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

Ədalət Verdiyev Azərbaycanla ABŞ arasında hərbi-texniki əməkdaşlıq üçün şəraitin yarandığını qeyd edib:

“ABŞ-ın Azərbaycana silah embarqosu tətbiq etməsinə səbəb Qarabağ münaqişəsi idi. Münaqişənin alovlanmaması, bir tərəfin maliyə vəsaitinə malik olub, digər tərəf üstündə mütləq üstünlük əldə etməsinin qarşısını almaq üçün ABŞ embarqo tətbiq etmişdi. Embarqonun yaranmasına səbəb olan münaqişə artıq arxada qalıb. Səbəb aradan qalxdığı üçün ABŞ-ın Azərbaycana silah satması mümkündür. Müharibədə Azərbaycan Rusiyadan bəzi silah modelləri əldə etmiş olsa da, ancaq bəzi modellərdən məhdud və az sayda istifadə etmişdi. Bundan sonra Azərbaycan daha çox döyüşlərdə tətbiqi sınanmış, özünü təsdiqləmiş silah modellərinə üstünlük verəcək. Türkiyə modelinin tətbiqi dedikdə Türkiyənin üzvü olduğu NATO standartlarına uyğun silahların alınması, ABŞ-la hərbi əməkdaşlıq yönündə işlərin görülməsi nəzərdə tutulur.

ABŞ Azərbaycanla hərbi-texniki yöndə əməkdaşlıq edib. Sərhəd xidmətində hazırda istifadə edilən bir neçə patrul katerləri ABŞ tərəfindən Azərbaycana ixrac edilib. Bundan əlavə, Azərbaycan ABŞ-dan “Bell” tipli çoxtəyinatlı helikopterlər də almışdı. Onlardan Milli ordu istifadə etməsə də, digər güc strukturları istifadə edir. Dolayısı ilə, bu əməkdaşlığın əvvəllər bünövrəsi qoyulub. Bundan sonra müdafiə məqsədli silahların təchizatı mümkündür. Əgər prezident də belə fikir səsləndiribsə, artıq müsbət addımların atıldığını ehtimal etmək olar”.

Azərbaycanın ABŞ-dan silah alacağı təqdirdə Rusiyanın buna qarşı mümkün tutumunu da şərh edən ekspert Moskvanın hansısa bir şəkildə Bakıya təzyiq etməyəcəyi qənaətində olduğunu bildirib:

“Rusiyanın Azərbaycana təzyiq göstərəcəyini düşünmürəm. Hər bir alıcı sərbəstdir. Müharibə dövründə Rusiyadan aldığımız sursat təchizatında ləngimələrlə qarşılaşmışdıq, həm də müharibə zamanı Rusiya silah istehsalçılarının Ermənistana dəyəri ödənməyən silahlar verdiyinin də şahidi olduq. Başqa sözlə desək, ictimaiyyət də Rusiyadan silah alınmasına görə vəsaitin bu istiqamətdə xərclənməsinə qarşıdır”.

Səxavət Məmməd

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv