Amerika Birləşmiş Ştatları Azərbaycanın Ermənistanla müharibə edəcəyi təqdirdə nə edəcəklərini bildirib.
Yenicag.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə. bu barədə ABŞ silahlı qüvvələrindəki mənbə bildirib.
Bildirilir ki, Amerika Azərbaycanın Ermənistanla müharibəsini pisləməyəcək. Həmsöhbət qeyd edib ki, Azərbaycan Ermənistan ərazisinə hücum edərsə, ABŞ Azərbaycanı qınamaq fikrində deyil. Əlavə edilir ki, Moskva İrəvanı dəstəkləsə, Vaşinqton hətta Bakıya kömək etməyə hazırdır.
“Amerika Azərbaycanın Ermənistana təcavüzünü pisləməyəcək. Rusiya Ermənistana kömək etsə, Birləşmiş Ştatlar hətta ona (Azərbaycana red.) kütləvi yardım göstərməyə də hazırdır”, – ABŞ ordusundakı media mənbəsi bildirib.
Xatırladaq ki, hazırda Rusiya-Ermənistan ikitərəfli münasibətlərdə gərgin mərhələni yaşayır. Son günlər İrəvan bir sıra qeyri-dost addımlar atıb, o cümlədən öz ərazisində Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimlər keçirib. Və Rusiya prezidenti Vladimir Putini BCM-nin orderi əsasında həbs etməyə imkan verən sənəd qəbul edib.
Qeyri-dost addımlara görə Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Xuraman Etibarlı