!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ BMT-nin qətnaməsinə məhəl qoymur - Qüdsdə səfirlik açacaq

!Reklam – Yazi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasında çıxarılan qətnamələrə baxmayaraq, Qüdsdə səfirlik açacaqlarını bəyan edib.

Yenicag.az xəbər verir ki, o, bunları qeyd edib: “ABŞ BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirliyini yerləşdirəcək. Bunu bizdən Amerika xalqı istəyir və doğru addımdır. BMT-dəki heç bir səsvermə buna təsir edə bilməz”.

Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının ardından İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə BMT-nin təcili iclası çağırılıb. Bu gün baş tutan iclasda BMT böyük səs çoxluğu ilə Qüdsü İsrailin paytaxtı kimi tanımadığını bəyan edib.

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv