ABŞ BMT Təhlükəsizlik Şurasında sədrlik etməyə başlayır

ABŞ aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik etməyə başlayır.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, ümumdünya təşkilatının əsas qurumun işlərinə rəhbərliyi ilk dəfə ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsini tutan Nikki Heyli edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Nikki Heyli təşkilatın maliyyələşdirilməsinin azaldılmasının yollarını axtarır.

Hazırda BMT-nin 92 minlik sülhməramlı qüvvələri kontingentinin illik xərci 8 milyard dollar təşkil edir. Bu məbləğin 28 faizini ABŞ ödəyir.

Yeniçağ.Az

COP29