!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ borc içində “üzür”

!Reklam – Yazi

ABŞ-ın milli borcları ölkə tarixində ilk dəfə olaraq 20 trilyon dolları keçib.

Yenicag.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Ötən il mart ayının ortalarında ABŞ-ın borc limiti 19,84 trilyon dollar həddində idi. Hökumət borcları bu səviyyədə dondurmuşdu. Lakin Harvi qasırğasının fəsadlarını aradan qaldırmaq üçün limitin müvəqqəti olaraq dekabr ayının 8-nə qədər artırılmasına qərar verildi.

Beləliklə, hal-hazırda ABŞ-ın milli borcları 20,1 trilyon dollara çatıb və bu rəqəm günbəgün artır. Rəsmi sənədlərdə isə borcun 18,5 trilyon dollar səviyyəsində olduğu bildirilir.

Qeyd edək ki, Tramp bir neçə dəfə borcların azaldılmasının vacib olduğunu vurğulayıb, lakin sosial xərclərin artması ilə əlaqədar olaraq bu istəyini yerinə yetirə bilmir.

www.yenicag.az

1343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv