2021-ci il avqustun ortalarında prezident Vladimir Putin Ukrayna ilə sərhədlər yaxınlığında Rusiya hərbi qrupunu bərpa etməyə başladı. Amerika qoşunlarının Əfqanıstandan uğursuz çıxarılmasından sonra Cek Sullivanın istefaya getməsi üçün çağırışlar oldu. Dövlət katibi Entoni Blinken isə Putinin Ukraynaya müdaxiləyə hazırlaşdığına inanmaq istəmirdi.
Yenicag.az xəbər verir ki, bu barədə “Nezıqar” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley ilə görüşdə prezident Bayden üç təklif irəli sürüb:
Rusiya ilə birbaşa münaqişədən qaçmaq;
Rusiyanın işğalının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək;
Rusiyanın Ukraynaya müdaxiləsinə hazırlaşmaq. Oktyabr ayında Amerika kəşfiyyat agentlikləri prezidentin masasına konsensus hesabatı qoymuşdular və bu hesabatda Putinin Ukraynaya girməyə hazırlaşdığı iddia edilirdi, baxmayaraq ki, yekun qərar yox idi.
Qeyd olunur ki, M. Milley və kəşfiyyatın direktoru Avriel Hayns hücumun mənasız olacağına inanan siyasətçilərin müqavimətini qırmağa çalışırdılar, çünki Rusiya qlobal dünyada təcrid olunacaq”.
“2021-ci il hadisələri zamanı Co Bayden müttəfiqləri ilə məlumat paylaşmağa qərar verir, çünki onun xarici siyasətdəki əsas xətti ittifaqların yaradılması idi. Emmanuel Makron, Angela Merkel və Şolz eşitdiklərinə inanmırlar, yalnız Boris Conson eşitdikləri ilə razılaşırdı. Britaniya kəşfiyyatı da eyni nəticəyə gəlmişdi. Conson Putinə zəng edərək demişdi ki, Ukrayna yaxın gələcəkdə NATO üzvü olmayacaq, lakin bu mövqenin səbəbi açıqlana bilməz, çünki bu, NATO-nun açıq qapı siyasətinə ziddir.
Ümumi mövqe ondan ibarət idi ki, Bayden məsuliyyəti öz üzərinə götürməli, Putinin yanına getməli və “biz sizin nə etdiyinizi bilirik” və “cavab olaraq nə edəcəyik” deməli idi”.
“Lakin Bayden özünü kənara atdı və Putinlə şəxsən görüşmək istəmədi, ancaq telefonla danışdığı MKİ (CIA) direktoru Uilyam Börnsü öz yerinə göndərdi. Putinlə söhbətdən əvvəl Börns Patruşevlə görüşmüşdü. Patruşev Börnsə demişdi ki, biz ordunu modernləşdirmişik və sizinlə rəqabət aparmağa hazırıq. Putinlə söhbətində Börns onu qarşıdan gələn sanksiyalarla qorxutmağa çalışsa da, görünür, Putin buna hazır idi və qorxmurdu.
Görüşdən sonra Börns Baydenə təcili memorandum yazmışdı. Putin mütləq Ukraynanı öz nəzarəti altına almağa qərar vermişdi və heç nə ona mane olmayacaqdı. Bayden “gəlin, onları sanksiyalarla qorxudaq” deyəndə Börns qeyd etmişdi ki, Putin mütləq Ukraynaya daxil olacaq və onu heç nə fikrindən döndərə bilməz. Amerika Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Hayns Amerika elitasına bildirmişdi ki, Putini heç nə maraqlandırmır. O, yalnız Ukraynanı fəth etməyi düşünür və o buna gedəcək”, – məlumatda qeyd olunub.
Rafi Müslümov