ABŞ bu ölkəyə sanksiya tətbiq edəcək

Birləşmiş Ştatlar Serbiyanın neft və qaz şirkəti “NİS”ə qarşı sanksiya tətbiq edəcək.

Yenicag.az xəbər verir ki, bunun səbəbi sözügedən şirkətin “Qazprom”la əməkdaşlığı davam etməsidir.

Serbiya prezidenti Aleksandır Vuçiç Vaşinqtonun sanksiya ehtimallarının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, “Qazprom” şirkəti “NİS”in ən böyük səhmdarıdır və bu, Qərb ölkələrinin xoşuna gəlmir.

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyən nadir Avropa ölkələrindən biridir. Rəsmi Belqard Moskva ilə tarixi bağlarını qoparmaq istəmədiyini dəfələrlə açıqlayıb.