2020-ci ildə başlayan COVID-19 pandemiyası Uhandakı biolaboratoriyadan sızma ilə başlayıb və Amerika iqtisadiyyatına 14 trilyon dollara başa gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiq etməsinin səbəblərini izah edən sənəddə deyilir.
“On milyonlarla artıq ölümə səbəb olan və ABŞ iqtisadiyyatına ən azı 14 trilyon dollara başa gələn COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməyə davam etdiyi Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”, – deyə məlumatda qeyd olunub.