!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Cənubi Qafqaz ölkələrinə qarşı siyasi-iqtisadi təzyiqləri artıracaq” – Rusiyalı politoloq

!Reklam – Yazi

“Con Boltonun Cənubi Qafqazdan sonra Orta Asiyaya da yollanacağı istisna deyil”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ prezidenti Donald Trampın müşaviri Con Boltonun Cənubi Qafqaz dövlətlərinə gözlənilən səfərini dəyərləndirən Rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Fərhad İbrahimovun sözlərinə görə, ABŞ hazırda postsovet ölkələrini Rusiyadan uzaqlaşdırmaq üçün yeni yollar axtarışındadır:
“Öncə Boltonun Moskvaya səfərindən başlayaq. İş ondadır ki, Boltonun Moskvaya səfəri ABŞ prezidenti Donald Trampın yaxın və uzaqmənzilli raketlərin məhvinə dair müqavilədən çıxmaq qərarı ilə eyni vaxta təsadüf etdi. Böyük ehtimalla, Bolton Moskvaya ABŞ və Rusiyanın milli maraqlarına cavab verən yeni müqavilənin hazırlanması təklifi ilə gəlib. Ancaq Qərbdəki tərəfdaşları öz sözlərini tutmadıqları üçün Rusiyanın ABŞ tərəfindən irəli sürülən təkliflərə etimadı qalmayıb.

Fikrimcə, Moskvadakı danışıqlar heç də rahat keçməyib və sözügedən məsələdən başqa, Ukraynada, o cümlədən Suriyada yaranmış vəziyyətə də toxunulub. Hər halda danışıqların mümkün nəticələri haqqında qarşıdakı günlərdə yeni məlumatların yayılmasını gözləmək olar. Ancaq aydın olan budur ki, vəziyyət kifayət qədər gərgindir və Bolton bu durumu yumşaltmağa çalışır.

Boltonun Cənubi Qafqaza nəzərdə tutulan səfəri haqda danışarkən qeyd edə bilərik ki, ABŞ-ın postsovet ölkələrinə münasibətinin müntəzəm dəyişdiyi diqqətdən qaçmır. O baxımdan, Boltonun Cənubi Qafqazdan sonra Orta Asiyaya da yollanacağı istisna deyil. Görünən budur ki, ABŞ postsovet ölkələrini Rusiyadan uzaqlaşdırmaq üçün yeni yollar axtarmaqdadır.

Eyni zamanda, ABŞ-ın İran məsələsi ilə bağlı Cənubi Qafqaz dövlətlərinə siyasi, həm də ola bilsin iqtisadi xarakterli təzyiq göstərməsi də mümkündür. İstisna deyil ki, Bolton Bakı, Tiflis və İrəvana gələcəkdə İrana zərbə üçün platsdarm olmağı təklif edəcək”.

Qafqaz Ömərov

www.yenicag.az

1692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv