Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ Çin aviaşirkətlərinin tələbini rədd etdi

ABŞ Nəqliyyat Departamenti Çin aviaşirkətlərinin iki ölkə arasında həftədə bir neçə uçuş həyata keçirmək tələbini rədd edib.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyat Departamenti məlumat yayıb.

Qeyd olunur ki, bu tədbir ABŞ və Çin hava yolları arasında müntəzəm sərnişin daşımalarının paritetini qorumaq məqsədi daşıyır.

Xatırladaq ki, Tramp administrasiyası Çinin ABŞ şirkətlərinə uçuş icazəsi verməməsinə cavab olaraq, Çin mülki aviasiya daşıyıcılarının Birləşmiş Ştatlara uçuşlarına qadağa tətbiq etməyə başlayıb.

Bu qərar Çinin ABŞ-a uçuşlar həyata keçirən böyük aviaşirkəti olan “Air China”, “China Eastern”, “China Southern”, habelə “Xiamen Airlines”ə tətbiq edilib.

ABŞ şirkətləri pandemiya ilə əlaqədar olaraq martın 12-dən Çinə sərnişin təyyarələrinin uçuşlarını dayandırıb./Report/

Loading...

www.yenicag.az

351
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100