Dünya nəhənglərinin ticarət müzakirələri “qara qızıl”ın qiymətini artırıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Pekində Çin və ABŞ arasında ticarət danışıqlarının başlamasından az sonra dünya bazarında “Brent” markalı neftin qiyməti 58,75 dollara qalxıb.
Məlumata görə, Pekində başlayan və ticarətin bütün sahələrini əhatə edən ikitərəfli danışıqlar ABŞ və Çin arasında vüsət alan “ticarət müharibəsi”nə son qoymalıdır.
Qeyd olunur ki, iki gün davam edəcək danışıqlar ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Szinpinin ötən ay Buenos-Ayresdə keçirilmiş G-20 sammitində əldə olunmuş razılaşması əsasında baş tutub.
Bundan sonra Tramp Çin məhsulları üçün yeni idxal rüsumunun tətbiqini mart ayına qədər təxirə salıb.