ABŞ Çin ilə bağlı yeni qərara hazırlaşır: İqtisadi savaş davam edir

Çinin Tayvan yaxınlığındakı hərbi təlimləri Bayden administrasiyasını Pekinin bəzi tariflərini ləğv etməsinə səbəb olub.

Yenicag.az “Reuters”ə istinadən bildirir ki, Çinin Tayvan yaxınlığındakı hərbi təlimləri Bayden administrasiyasını Pekinin bəzi tariflərini ləğv etmək və ya başqa vergilər tətbiq etmək barədə düşüncələrini yenidən nəzərdən keçirməyə vadar edib.

Bu kontekstdə ABŞ-də pik həddə çatan inflyasiyanı azaltmaq istəyən prezident Co Baydenin komandası keçmiş prezident Donald Trampın dövründə Çindən idxal olunan məhsulların gömrük rüsumlarını aşağı salmağa çalışırdı. Lakin son proseslər fonunda ABŞ Çinin təhqiredici kimi qələmə verdiyi münasibət qarşısında geri çəkilmiş imici yaratmaqdan çəkinir.

Ağ Evdən verilən açıqlamada isə Baydenin hələlik məsələ ilə bağlı qərar vermədiyi və bütün imkanların hələ də mümkün olduğu bildirilib.

Gülşən