ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer gələn həftə Pekinə yollanacaqlar.
Yenicag.az xəbər verir ki, ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu 14-15 fevral tarixlərində Pekində keçiriləcək.
Bildirilir ki, fevralın 11-dən danışıqlara hazırlıq üzrə görüşlər keçiriləcək. ABŞ-ı görüşlərdə ölkənin ticarət danışıqlarında nümayəndəsinin müavini Ceffri Qerriş təmsil edəcək./Trend/