!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da 15 ildən sonra ən qanlı terror – FOTOLAR

!Reklam – Yazi

abd-de-yasanan-dehset-verici-olay-fotograflara_x_8521911_9ABŞ 11 sentyabr (11 sentyabr 2001-ci ildə Amerikanın Nyu-York şəhərində yerləşən «World Trade Center» (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılıb) hadisələrindən sonra ilk dəfə dəhşətli terrora məruz qaldı. 11 sentyabr terroru zamanı 3 min insan həlak olmuşdu.

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən atışma zamanı 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Terror aktının 1986-cı il təvvəlüdlü Omar Martin tərəfindən törədildiyi məlum olub. Terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

50 nəfərin ölümünə səbəb olan terrorçunun atası Mir Seddiq adlı əfqan əsilli ABŞ vətəndaşı oğlunun bu addıma bir neçə ay əvvəl Mayamidə iki kişinin küçənin ortasında öpüşdüyünün şahidi olmasına görə gedə biləcəyini deyib. Onun sözlərinə görə, Ömər Matin bu səhnədən çox hiddətlənib. Çünki iki homoseksual onun arvadının və uşaqlarının gözü qarşısında öpüşürdü. Seddiq oğlunun hərəkətinə görə üzr istəməyə hazır olduğunu deyib. Bildirib ki, baş verənlərin islam dininə dəxli yoxdur. Lakin İŞİD terror qruplaşması Orlando qırğınına münasibət bildirib və Ömər Matinin şəklini öz Tvitter səhifəsində yerləşdirib.

ABŞ prezidenti Barak Obama “Pulse” gecə klubunda baş verən qanlı olayın terror olduğunu bəyan edib.

Qeyd edək ki, terror aktı homoseksualların əyləncə mərkəzində baş verib.(azvision)

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv