ABŞ-ın Luiziana ştatının Leyk-Çarlz şəhərində yüzlərlə 200 nəfər norovirusa yoluxub.
Yenicag.az xəbər verir ki, Onların vəziyyətinin stabil olduğu deyilir.
Məlumata görə, hadisə ötən həftə baş verib.
Ştatın Səhiyyə Nazirliyinin rəhbəri Leysi Kavano bildirib ki, virus çox güclü yoluxucu təsirə malikdir. “Hazırda bunun necə yayılmağa başlamasının heç bir əhəmiyyəti yoxdur. Bir halda ki indi biz cəmiyyətin daxilində virusun ötürülməsini müşahidə edirik”, – o qeyd edib.
Qeyd edək ki, norovirus kəskin bağırsaq infeksiyasına səbəb olan virus növüdür. Bəzən bunu bağırsaq və ya mədə qripi adlandırırlar.